İQTİSADİYYAT


Ölkəni tərk edən avtonəqliyyat vasitələrində əlavə daşınan yanacaq üçün rüsum ödəniləcək

Bakı, 4 avqust, AZƏRTAC

Ölkəni tərk edən avtonəqliyyat vasitələrində əlavə daşınan yanacaq üçün rüsum ödəniləcək.

AZƏRTAC xəbər verir ki, Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisini tərk edən avtonəqliyyat vasitələrində daşınan yanacağın miqdarının tənzimlənməsi haqqında” Qərar qəbul edib.

Qərara əsasən, ölkə ərazisini tərk edən avtonəqliyyat vasitələrinin mühərriklə texnoloji bağlı olan texniki pasportunda nəzərdə tutulmuş baklarının tutumunun miqdarından artıq keçirilən benzinin və ya dizel yanacağının hər 1 litri üçün 0,6 ABŞ dolları məbləğində spesifik gömrük rüsumu alınır. Bu məbləğ avtonəqliyyat vasitəsinin mülkiyyətçisi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada idarəetmə hüququ olan şəxs tərəfindən gömrük-sərhəd buraxılış məntəqələrindəki gömrük orqanlarına bank, poçt və ya plastik kart vasitəsilə Azərbaycan Respublikası Mərkəzi Bankının həmin gün üçün müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla ödənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.