İQTİSADİYYAT


Ölkənin alternativ və bərpa olunan enerji mənbələri üzrə inkişafı xəritəsi 2015-ci ildə tamamlanacaq

Bakı, 22 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının və inzibati rayonlarının alternativ və bərpa olunan enerji mənbələri (ABOEM) üzrə inkişafı, həmçinin də Qobustan rayonunun ABOEM vasitəsilə elektrik-enerji təchizatı xəritələrinin 2015-ci ildə tamamlanması nəzərdə tutulub. Bundan başqa, 2016-cı ildə ölkənin günəş enerji potensialı, 2017-ci ildə geotermal enerji potensialı, 2018-ci ildə isə biokütlə enerji potensialı xəritələrinin hazırlanması da planlaşdırılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) 2015-2018-ci illəri əhatə edən Strateji Planında öz əksini tapıb. Planda bildirilir ki, Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələri (ABOEM) üzrə xəritələr Azərbaycan Milli Elmlər Akademiyasının institutları və Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu tərəfindən hidrometeoroloji ölçmələr əsasında tərtib olunub. Bu xəritələrin tərtibindən uzun müddət keçdiyini və digər ölkələrdə müasir elektron xəritələrin onlayn rejimdə mövcudluğunu nəzərə alaraq ölkəmizdə bu sahənin inkişafı vacibdir. Bu xəritələrdə təqdim olunan məlumatlardan elm, tədris müəssisələrində çalışan və oxuyan vətəndaşlar, ABOEM sahəsinə investisiya yatırmaq istəyən hüquqi və fiziki şəxslər istifadə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.