CƏMİYYƏT


Ölkənin bütün regionlarında, hətta ucqar kəndlərdə “CoronaVac” vaksinindən istifadə olunur

Bakı, 26 iyul, AZƏRTAC

Azərbaycan çox az ölkələr sırasındadır ki, koronavirusa qarşı dörd vaksindən könüllü olaraq seçim şərti ilə istifadə olunur. Dünyada istifadə olunan vaksinlər və onların platforması, yəni növləri hazırda bizdə var. Bütün vaksinlərdən paytaxtda istifadə etmək olar. Bu gün ölkənin bütün regionlarında, hətta səyyar olaraq ucqar kəndlərində belə “Sinovac” şirkətinin “CoronaVac” vaksinindən istifadə olunur. Bununla bərabər, “AstraZeneca” şirkətinin “Vaxzevria” vaksinini Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda vurdurmaq mümkündür. “Pfizer” vaksini Bakı şəhərində bir sıra məntəqələrdə istifadə olunur. Bununla bərabər, Lənkəran, Gəncə və Quba şəhərlərində də istifadə olunur. Müraciətlər nəzərə alınaraq digər regionlarda da bu vaksinin tətbiqinə başlanılması nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

O həmçinin deyib: “Aprelin 2-dən başlayaraq səyyar olaraq Bakı şəhəri ərazisində demək olar ki, bütün böyük müəssisələrdə vaksinasiya həyata keçirmişik. Bu zaman 62 min dozadan çox vaksin vurulub. Vətəndaşların rahatlığını təmin etmək üçün “Bravo” supermarketlər şəbəkəsinin “Koroğlu” və “Əhmədli” filiallarında “CoronaVac” vaksini ilə peyvəndləmə həyata keçirilir. Eyni zamanda, “28 mall” və “Dəniz mall”da da peyvəndləmə icra olunur.

Bundan əlavə, “Yeni Klinika” tibb müəssisəsində “CoronaVac” və “Pfizer/Biontech” peyvəndinin də tətbiqinə başlanılıb”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.