REGİONLAR


Ölkənin ilk uşaq kanalı “ARB Günəş” yeni mövsümə başlayıb

Xaçmaz, 15 sentyabr, Elxan Yusifli, AZƏRTAC

Azərbaycanın ilk uşaq televiziya kanalı “ARB Günəş” yeni mövsümə start verib.

Televiziyadan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, yeni mövsümdə tamaşaçılar müxtəlif uşaq proqramları ilə yanaşı, “ARB Günəş”in dublyaj studiyasının təqdimatında maraqlı cizgi, animasiya filmləri və seriallarını ana dilimizdə izləyə biləcəklər. Bundan başqa, Koreya Beynəlxalq Yayım Fondu ilə bağlanan müqaviləyə əsasən yayım hüququ “ARB Media Qrupa” məxsus iki cizgi filminin Azərbaycanda ilk dəfə yayımı da bu mövsüm məhz “ARB Günəş”də nəzərdə tutulub.

Televiziyanın efir proqramına cizgi filmləri ilə yanaşı, uşaq proqramları da daxildir. Yeni telemövsümdə televiziyada “Xəbərdar ol”, “Biz nə fikirləşirik?”, “Çərpələng”, “Təbiət və biz”, “Hava necə olacaq?”, “Mərcangildə”, “Qarabağ Azərbaycandır!” adlı maraqlı, informativ və maarifləndirici verilişlər yayımlanacaq.

“ARB Günəş” 2015-ci ildən peyk yayımına başlayıb. Efir vaxtını bütünlüklə uşaqlara həsr edən televiziyanın yayımında şiddət, pis vərdişlər aşılayan cizgi filmi və görüntülərə yer verilmir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.