İQTİSADİYYAT
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
Bakı, 23 sentyabr, AZƏRTAC
2018-ci ilin yanvar-avqust aylarında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 525,3 milyon manatlıq məhsul istehsal olunub. Hazır metal məmulatlarının istehsalı sahəsində 18,2 faiz, metallurgiya sənayesində isə 13,4 faiz artım müşahidə edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu dövrdə sahə üzrə 212,6 min ton (35,8 faiz çox) armatur, 7 276,2 ton (48,6 faiz çox) misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabellər, 467,6 ton (3,6 faiz çox) alüminium çubuqlar, millər və profillər, 1108,7 ton (11,0 dəfə çox) mayelər üçün çənlər, sisternlər istehsal olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]