İQTİSADİYYAT


Ölkənin xalis maliyyə aktivləri açıqlanıb

Ölkənin xalis maliyyə aktivləri açıqlanıb

Bakı, 30 mart, AZƏRTAC

2022-ci il üzrə ölkənin xalis maliyyə aktivləri 7,8 milyard dollar artıb.

AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (0,2 milyard dollar), portfel investisiyaları (1,2 milyard dollar) və digər investisiyalar (6,4 milyard dollar) hesabına formalaşıb. Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 4,7 milyard dollar azalıb ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (- 4,9 milyard dollar), neft bonusu (452,2 milyon dollar), portfel investisiyaları (-634,3 milyon dollar) və digər investisiyalar (403,2 milyon dollar) hesabına formalaşıb.

Birbaşa investisiyalar üzrə xalis maliyyə aktivləri 172,2 milyon dollar artıb, xalis maliyyə öhdəlikləri isə 4,9 milyard dollar azalıb. Birbaşa xarici investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 6,3 milyard dollar, xaricə yatırılmış birbaşa xarici investisiyaların həcmi isə 0,2 milyard dollar olub. Ümumilikdə birbaşa xarici investisiyalar üzrə 5,1 milyard dollar mənfi saldo yaranıb. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 71 faiz təşkil edib. 2022-ci il üzrə tədiyə balansında birbaşa xarici investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-6 726,2 milyon dollar)

azalması neft-qaz sektoru üzrə cəlb olunmuş investisiya ilə (4 milyard 441,8 milyon dollar) həmin sektor üzrə kapitalın repatriasiyası (11 milyard 168 milyon dollar, əsasən beynəlxalq neft-qaz konsorsiumların payına düşən xam neft və təbii qaz şəklində olan kapital repatriasiyası) arasındakı fərqdən formalaşır.

Qiymətləndirmələrə görə, qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 2,3 dəfə artaraq 1,8 milyard dollar olub. Portfel investisiyaları üzrə xalis maliyyə aktivləri 1,2 milyard dollar artıb, xalis maliyyə öhdəlikləri isə 634 milyon dollar azalıb. Hesabat dövründə portfel investisiyaları üzrə aktivlər dövlət (118 milyon dollar), bank (652 milyon dollar) və digər (383 milyon dollar) sektorların və kapitalda iştiraka təminat verən qiymətli kağızların (6 milyon dollar) hesabına artıb.

Öhdəliklər əsasən dövlət (346 milyon dollar), bank (154 milyon dollar) və digər (139 milyon dollar) sektorların hesabına azalıb, kapitalda iştiraka təminat verən qiymətli kağızların (5 milyon dollar) hesabına isə artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.