CƏMİYYƏT


Ölkəyə dərman preparatlarının qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 8 may, AZƏRTAC

Gürcüstandan ölkəmizə dərman preparatlarının qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməliyyat şöbəsinə daxil olan məlumat əsasında idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz Travego 17 shd" markalı sərnişin-avtobusu saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib. Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Nəticədə nəqliyyat vasitəsinin salonunda arxada olan soyuducunun içərisindəki su qablarının alt hissəsində, yük yerində və sürücü üçün nəzərdə tutulan yataq yerinin yuxarı hissəsindən üzərində "Viagra 100 mg" yazısı olan 265 ədəd həb, üzərində "Cialis 20 mg" yazısı olan 140 ədəd həb, üzərində "Nitro 50 ml" yazısı olan 6 flakon və üzərində "Genotropin 12mg/ml" yazısı olan 4 ədəd dərman preparatları aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.