CƏMİYYƏT
Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən stomatoloji ləvazimatlar aşkarlanıb
Bakı, 11 fevral, AZƏRTAC
Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən stomatoloji ləvazimatlar aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan “Mercedes-Benz 200” markalı nəqliyyat vasitəsilə ölkəmizə gələn Azərbaycan vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub. Bu zaman vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı onun idarə etdiyi avtomobilin arxa oturacağının altında gömrük nəzarətindən gizlədilən 3626 ədəd müxtəlif adda protez diş, 260 ədəd stomatoloji ləvazimat aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.