Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Olqa Qrişina: Heç bir dövlətdə elektron notariatla işin təşkilinin Azərbaycanda olduğu dərəcə yüksək səviyyəsinin şahidi olmamışdıq

Olqa Qrişina: Heç bir dövlətdə elektron notariatla işin təşkilinin Azərbaycanda olduğu dərəcə yüksək səviyyəsinin şahidi olmamışdıq

Bakı, 5 oktyabr, AZƏRTAC

Notariat - mülki dövriyyənin bütün iştirakçılarının mülkiyyət hüquqlarını təmin edən mülkü hüquq institutu kimi yaranmışdır. Müasir dövrdə notariat işi böyük irəliləyişə nail olmuş və notariusun yanına gələn istənilən şəxs ixtisaslaşmış hüquqi yardım almaq imkanına malikdir.

Bakıda işgüzar səfərdə olan Tatarıstan Respublikasının əməkdar hüquqşünası, Tatarıstan Respublikasının Notariat Palatasının prezidenti Olqa İlyiniçna Qrişina, səfərin sıx qrafikinə baxmayaraq böyük həvəslə AZƏRTAC-ın müxbirinə müsahibə verdi.

“İlk dəfədir ki Bakıdayam. Azərbaycanın paytaxtı ilə bağlı təəssüratlarım möhtəşəmdir. Bakını bəyənməmək olmaz. Amma ən əsası - insanlardır. Nadir hallarda belə insanlara rast gəlmək olar: tərbiyələri, mehriban rəftarları, xoş niyyətləri... Biz Fəxri Xiyabanı ziyarət etdik və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini yad etdik. Bu protokol üçün deyil, bu bizim borcumuzdur. Azərbaycanın qürur duymağa çox əsasları var”, söhbətin əvvəlində Olqa Qrişina bildirdi.

- Ötən həftə Azərbaycanın paytaxtında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Rusiya Federal Notariat Palatasının və Almaniyanın Qalle-Vittenberq Universitetinin birgə təşkilatçılığı ilə “Daşınmaz əmlakla bağlı əqdlərdə notariusların iştirakı: xarici təcrübə” mövzusunda beynəlxalq seminar keçirilib.

- Bu kimi tədbirlər müxtəlif ölkələrin notariatları sahəsində təcrübə mübadiləsi baxımından çox səmərəlidir. Seminarın təəssüratları bütün gözləntilərimizi aşdı. Daha dəqiq desəm, belə bir yüksək səviyyəli notariatla üzləşəcəyimizi gözləmirdik. Heç bir dövlətdə elektron notariatın Azərbaycanda olduğu dərəcə yüksək səviyyədə təşkilinin şahidi olmamışdıq. Əlbəttə ki, elektron texnologiyaların istifadəsində böyük irəliləyiş əldə etmiş Avropa ölkələri də var, amma bu gün Azərbaycan bir nömrədir. Bu bir iltifat deyil, bu gerçəkdir. Biz çox təsirləndik və hələ də həmkarlarımla böyük təəssürat içindəyik. Bu nailiyyətlərin Ədliyyə Nazirliyinin dəstəyi və himayəsi altında əldə edilməsi təqdirəlayiqdir.

Seminarda iqtisadiyyatı intensiv inkişaf edən, xüsusilə də tikinti-inşaat sahəsində ölkələr üçün aktual olan məsələlər müzakirə olundu. Məlumdur ki, son illərdə həm Rusiya, həm də Azərbaycanda tikinti sektoru sürətlə inkişaf etmiş, sahibkarlıq layihələri, habelə müxtəlif sosial proqramlar çərçivəsində çoxsaylı mənzillər tikilib.

Bu sahədə əqdlərin hüquqi təminatı notariatın əsas funksiyalarından biridir. Notariatın daşınmaz əmlakla bağlı əqdlərdə iştirakı müqavilə tərəflərinin hüquqlarının qorunmasına xidmət edir. Ona görə də, bu məsələlərdə dəqiqlik, müqavilə şərtlərinin ətraflı qeyd olunması və onların hüquq normalarına uyğunluğu çox vacibdir. Bu baxımdan da daşınmaz əmlakla bağlı əqdlərdə peşəkar hüquqşünasın – notariusun mülkiyyət hüquqlarının təminatçısı qismində iştirakı sahəsində vahid bir təcrübənin formalaşması çox vacibdir. Seminarda həmin məsələlərinin nəzəri və praktiki problemləri müzakirə olundu.

Bundan əlavə bizə müxtəlif növ xidmətlərin göstərildiyi “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə tanış olmaq imkanı yaradıldı. Mərkəzlərdəki insanların sayı bu qurumların əhali arasında nə qədər böyük populyarlıq qazandığını göstərir.

- Bu gün Rusiyada, Tatarıstan da daxil olmaqla, notariat palataları mövcuddur. Bu palataların təşkili barədə nə deyə bilərsiniz?

- Notariat palatasının zəruriliyi faktdır. 1993-cü ildə “Rusiya Federasiyasının notariat haqqında qanunvericiliyin əsasları” qəbul edildikdən sonra dövlət notariusların xüsusi praktikaya keçməsinə və əvvəllər mövcud olmayan, prinsipcə yeni olan qeyri-kommersiya təşkilatı – “Federal Notariat Palatası (FNP) yaradılmasına imkan yarandı. Federal Notariat Palatası işini 84 regional notariat palataları ilə təşkil edir, palatalar isə yerlərdə notariusların işini əlaqələndirir. Şübhəsiz ki, palata notariatın işinin təşkilində dövlətə, Ədliyyə Nazirliyinə böyük yardımçıdır. Notariat bu gün - ölkənin ədliyyə sisteminin çox əhəmiyyətli tərkib hissəsidir, dövlətin hüquq sisteminin zəruri bir bölməsidir. O, dövlətin iqtisadi və sosial strukturlarına dəstək verən və hüquqi münaqişələrin qarşısını almaq məqsədi daşıyan institutdur. Hesab edirəm ki, Azərbaycan notariatı üçün Palatanın işinin təşkili sahəsində Rusiyanın təcrübəsini öyrənmək faydalı ola bilər.

- Notariat sahəsində İKT-nin rolunu (“elektron notariat”ı) necə qiymətləndirirsiniz?

- Müasir dünyada informasiyanın emalı, ötürülməsi və yığılması vasitələrinin rolu sonsuz dərəcədə artmışdır. Hazırda kompüter vasitələri və informasiya texnologiyaları ölkənin elmi və texniki potensialını, milli iqtisadiyyatının inkişaf səviyyəsini, insanların həyat tərzini müəyyənləşdirir.

Bu sahədə bizim Azərbaycandan öyrənəcək bir çox şey var. Seminarda, bizə dövlət orqanlarının müxtəlif reyestrlərinə və informasiya sistemlərinə inteqrasiya etmiş "Elektron notariat" informasiya sisteminin fəaliyyəti haqqında məlumat verildi. Bu sistemin vasitəsi ilə notariuslar müxtəlif məlumat bazasından onlayn rejimdə informasiya əldə etmək, notariat əməliyyatların həyata keçirilməsi üçün məlumatları dərhal yoxlamaq, əqdlərin bağlanması zamanı vergiləri hesablamaq, statistik məlumatları sistemləşdirmək, arxiv sənədlərini öyrənmək və digər imkanlara malikdir... hamısını sadalamaq olmur.

Burada bizə məlumat verildi ki, dövlətdə informasiya texnologiyaları və elektron xidmətlərin inkişafı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarının icrası ilə bağlı həyata keçirilib.

Notariat sahəsində İKT inkişafı və istifadəsi səviyyəsini nəzərə alaraq, biz notariat fəaliyyətinin həyata keçirilməsində müasir metodların tətbiqi sahəsində bizə yardım göstərməsi məqsədilə sizin mütəxəssislərinizin dəvət olunması barədə razılıq əldə etdik.

Mən Azərbaycan notariatının bundan sonra da çiçəklənməsini arzu edirəm və ölkələrimizin notariat fəaliyyəti sahəsində təcrübə mübadiləsi sahəsində sıx əməkdaşlığına ümid edirəm.

- Müsahibə üçün təşəkkür edirik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar - Plastik tullantıların təbiətə zərəri

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO VİDEO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib