CƏMİYYƏT


Ölümcül təhlükəli isti proqnozlaşdırılır

Bakı, 1 avqust, AZƏRTAC 

Melburndakı (Avstraliya) Monaşa Universitetinin alimlərinin hesablamalarına görə, 2080-ci ilə qədər tropik və subtropik regionlarda istidən ölənlərin sayı təxminən 5 dəfə artacaq. AZƏRTAC EurekAlert! qurumunun lenta.ru saytında dərc edilmiş press-relizinə istinadla xəbər verir ki, buna səbəb antropogen iqlim dəyişməsi nəticəsində ekstremal hadisələrin çoxalmasıdır.

Tədqiqatçılar havaların çox isti keçməsi ilə əlaqədar 2031-2080-ci illərdə dünyanın 20 ölkəsində ölüm hallarının gözlənilən sayını qiymətləndirmək üçün model yaradıblar. Bu prosesi modelləşdirmək üçün qazıntı şəklində yanacaqdan istifadə zamanı atmosferə buraxılan istixana qazlarının həcmi, müxtəlif regionlarda əhalinin sıxlığı, habelə istinin mənfi nəticələrini azaltmağa yönəlmiş müxtəlif strategiyalar nəzərə alınıb.

Ən bədbin ssenariyə görə, hava şəraiti ilə bağlı fəlakətlər Avstraliyanın Brisben, Sidney və Melburn şəhərlərində daha tez-tez baş verəcək, bu bölgələrdə ölüm hallarının sayı 1971-2010-cu illər üzrə göstəricilərlə müqayisədə 471 faiz artacaq. Hindistan, Yunanıstan, Yaponiya və Kanadada da qurbanların sayı nəzərəçarpacaq dərəcədə artacaq. Yanğın və quraqlıq kimi əlavə təbii fəlakətlər isə bu vəziyyəti daha da kəskinləşdirəcək.

Bununla bərabər, alimlərin fikrincə, əgər Paris Sazişinə riayət edilərsə, proqnozlaşdırılan nəticələr xeyli zəifləyə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.