CƏMİYYƏT


Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədib qaçan sürücü barəsində həbs qətimkan tədbiri seçilib

Bakı, 7 mart, AZƏRTAC

Martın 5-də Bakı-Qazax yolunun Goranboy rayonu ərazisində təxminən 45-50 yaşlarında naməlum kişinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin üstü polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində “isti izlər”lə açılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ilkin araşdırmalarla Gürcüstan vətəndaşı, 1974-cü il təvəllüdlü Masim Gradjovun idarə etdiyi “Volvo S80” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən şəxsiyyəti istintaqa hələlik məlum olmayan kişini vuraraq ölümünə səbəb olması, daha sonra yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilmişdir.

Fakta görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Martın 7-də M.Gradjova Cinayət Məcəlləsinin həmin maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.