İQTİSADİYYAT


“Om” təchizat-yedək gəmisi yenidən istismara qaytarılıb

Bakı, 10 sentyabr, AZƏRTAC

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının balansında olan “Om” təchizat-yedək gəmisi əsaslı təmir olunub. Təmir işləri ASCO-nun “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılıb.

ASCO-dan AZƏRTAC-a bildirilib ki, proses ərzində gəminin baş və köməkçi mühərrikləri, nasosları, boru sistemləri, yaşayış otaqları, sanitar qovşaqları və yeməkxana əsaslı təmir olunub. Bundan başqa, istismar müddəti bitmiş iki ədəd “1LA4 280-4SA90-Z” tipli hava kompressoru müasir tipli “MAS GA 75” tipli hava kompressoru ilə əvəzlənib. Tərsanə təmiri zamanı isə gəminin sualtı və suüstü hissələri təmizlənərək rənglənib, dib-yan armaturlarının, hərəkət-sükan, protektor qurğularının təmiri yerinə yetirilib.

Mexanizm və elektrik avadanlıqlarının təmiri başa çatdıqdan sonra “Om” dəniz sınağından uğurla keçib və Xəzər Dəniz Neft Donanmasına məxsus Liman-bazaya göndərilib.

“Om” gəmisi ASCO-nun digər təchizat-yedək gəmiləri kimi dənizdəki neft-qazçıxarma obyektlərinin təchizatında, bilavasitə ağır konstruksiyaların, qazma qurğuların yedəklənməsində, lövbərlərin daşınmasında iştirak edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.