DÜNYA


Oman körfəzində yanan tankerlərdən 44 nəfər xilas edilib

Bakı, 13 iyun, AZƏRTAC

İranın təcili xidmət orqanları Oman körfəzində hücuma məruz qalan iki tankerin göyərtəsindən 44 nəfəri xilas edib.

AZƏRTAC IRNA informasiya agentliyinə istinadla xəbər verir ki, xilas edilən dənizçilər Oman körfəzinin İran ərazisində yerləşən Cask limanına aparılıb.

Bir qədər əvvəl İranın PressTV telekanalı Oman körfəzində iki neft tankerinin hücuma məruz qaldığı barədə məlumat yayıb. Gəmilərin üzdüyü rayonda atəş səsləri eşidilib. Pakistan və Omanın dəniz limanları tankerlərdən fəlakət siqnalı alıb.

Ərəb KİV-lərinin məlumatına əsasən, gəmilər torpeda hücumuna məruz qalıb. Hazırda tankerlərdə yanğının davam etdiyi bildirilir.

Livanın Al-Mayadeen telekanalının yaydığı son məlumata görə, körfəzdə hücuma məruz qalmış neft tankerlərindən biri batıb. Hər iki tankerin Yaponiyaya bağlılığı olan yük daşıdığı bildirilir.

Oman körfəzindəki insident səbəbindən birjalarda neftin qiyməti 3 faiz bahalaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.