DÜNYA


Oman və İranda “Şahin” qasırğası qurbanlarının sayı 14-ə çatıb

Bakı, 7 oktyabr, AZƏRTAC

Oman və İranda bazar günü baş vermiş “Şahin” qasırğası qurbanlarının sayı 14 nəfərə çatıb.

AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, Oman dövlət televiziyası qasırğa nəticəsində həlak olanların ümumi sayının 12 nəfərə yüksəldiyi barədə məlumat yayıb. İranda isə hakimiyyət orqanları itkin düşmüş beş balıqçıdan ikisinin cəsədinin tapıldığını bildirib. Hər iki ölkədə bir neçə nəfər hələ də itkin düşmüş sayılır.

Siklonun təsir radiusunda küləyin sürəti saatda təxminən 150 kilometrə çatıb. Sonradan küləyin sürəti azalıb.

Qasırğa daşqınlara səbəb olub və Omana, eləcə də Ərəbistan yarımadasındakı digər ölkələrə xeyli ziyan vurub. Təbii fəlakətdən İran da zərər çəkib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.