CƏMİYYƏT


Ombudsman Ankara Yıldırım Beyazıt Universitetində məruzə ilə çıxış edib

Bakı, 21 oktyabr, AZƏRTAC

Türkiyədə rəsmi səfərdə olan ombudsman Səbinə Əliyeva Ankara Yıldırım Beyazıt Universitetində “Qarabağda həyatın normallaşması prosesi: hüquqi və siyasi qiymətləndirmə” mövzusunda təşkil olunmuş tədbirdə məruzə ilə çıxış edib.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin rektoru, hüquqşünas alimlər, elmi tədqiqatçılar və tələbələr iştirak ediblər.

Dəvətə görə universitetin rektoruna təşəkkürünü bildirən Səbinə Əliyeva 44 günlük Vətən müharibəsi dövründə insan hüquqlarının müdafiəsi, habelə beynəlxalq humanitar hüququn norma və prinsiplərinin pozulması faktlarının araşdırılması sahəsində fəaliyyət, beynəlxalq ictimaiyyətə təqdim edilmiş müvafiq hesabatlar barədə danışıb.

Ombudsman çıxışında işğaldan azad edilmiş torpaqlarımızda gizli təhdid kimi qalan minaların yaratdığı təhlükə haqqında geniş məlumat verib. Bildirilib ki, işğal dövründə Ermənistan tərəfindən yaşayış məntəqələri kütləvi şəkildə minalanıb. Ombudsman Azərbaycan tərəfinin bununla bağlı dəfələrlə etdiyi çağırışlara baxmayaraq, Ermənistanın hələ də minalanmış ərazilərin dəqiq xəritələrini verməkdən yayındığını qeyd edib.

Bununla yanaşı, Azərbaycan ombudsmanı tərəfindən mina problemi ilə bağlı müvafiq beynəlxalq təşkilatlara hesabat ünvanlandığı da diqqətə çatdırılıb. Ombudsman beynəlxalq səviyyədə Ermənistana münasibətdə lazımi təsirlərin olmadığını təəssüflə qeyd edib. S. Əliyeva Ermənistanın törətdiyi çoxsaylı ağır cinayətlərə görə məsuliyyətə cəlb edilməsi istiqamətində bütün zəruri addımların atılacağını vurğulayıb.

Yekunda ombudsman təsisatının 44 günlük müharibə ilə bağlı fəaliyyətinə dair təqdimat nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.