CƏMİYYƏT


Ombudsman Aparatında cari ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib

Bakı, 23 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən 2021-ci ilin birinci yarısında Ombudsman Aparatında insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən fəaliyyətin qiymətləndirilməsi və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclas keçirilib.

Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, iclasda insan hüquqlarının müdafiəsi sahəsində cari ilin altı ayı ərzində görülmüş işlər müzakirə olunub. Hesabat dövründə müxtəlif əhali qruplarının pozulmuş hüquqlarının bərpası məqsədilə ərizə və şikayətlərə yüksək qayğı və həssaslıqla yanaşılaraq həlli məqsədilə zəruri tədbirlərin görüldüyü, mili preventiv mexanizm çərçivəsində şəxslərin öz iradəsi ilə tərk edə bilmədikləri yerlərə başçəkmələrin həyata keçirildiyi, Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində mülki şəxslərə və obyektlərə qarşı törətdiyi təcavüzün ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə mütəmadi olaraq faktaraşdırıcı missiyaların aparıldığı, aidiyyəti beynəlxalq qurumlara bununla bağlı hesabat, müraciət, bəyanat və məktubların ünvanlandığı bildirilib.

İclasın sonunda Ombudsman tərəfindən insan hüquq və azadlıqlarının daha səmərəli və effektiv şəkildə müdafiəsini təşkil etmək məqsədilə struktur bölmə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.