CƏMİYYƏT


Ombudsman Aparatının əməkdaşları Özbəkistanda keçirilən qlobal konfransda iştirak ediblər

Bakı, 4 oktyabr, AZƏRTAC

Özbəkistanın Daşkənd şəhərində Ümumdünya İnformasiya Əldə Etmək Azadlığı Gününə həsr edilmiş “Süni intellekt, elektron idarəetmə və məlumat əldə etmək” mövzusunda qlobal konfrans keçirilib.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, UNESCO və Özbəkistan Respublikasının təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmizi Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova və İnformasiya əldə etmək hüququnun təmini sektorunun müdiri Aynur Həmidova təmsil ediblər.

“İnformasiya əldə etmək haqqında qanunlar və onların icrası sahəsində tərəqqinin ölçülməsi” mövzusunda 4-cü paneldə çıxış edən L.Zeynalova ölkəmizdə informasiya əldə etmək azadlığının daha yaxşı təmin olunması istiqamətində mühüm işlər görüldüyünü qeyd edib. O, Ombudsman təsisatının da “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə nəzarəti həyata keçirməklə, bu sahədə nailiyyətlərin qazanılmasına töhfə verdiyini bildirib.

Çıxış zamanı konfrans iştirakçılarına Azərbaycan Ombudsmanının informasiya əldə etmək hüququnun təmini, təbliği və təşviqi, bu sahədə hüquqi maarifləndirmənin və monitorinqin həyata keçirilməsi, bu hüququn pozulması halları ilə bağlı protokolların tərtib olunması, habelə informasiya əldə etmək hüququ ilə bağlı digər istiqamətlərdə fəaliyyəti barədə geniş məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.