SİYASƏT


Ombudsman Aparatının nümayəndələri döyüş bölgəsindəki hərbi hissədə olublar

Bakı, 22 may, AZƏRTAC 

Azərbaycan Respublikası müdafiə nazirinin və insan hüquqları üzrə müvəkkilinin (Ombudsman) birgə təsdiq etdikləri plana əsasən, insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi ilə əlaqədar hərbi hissədə “Ombudsman təsisatı və bu təsisatın hərbi qulluqçuların hüquqlarının müdafiəsi yönümündə apardığı işlər” mövzusunda şəxsi heyətlə görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ombudsman Aparatının əməkdaşları Fəzail Həsənov və Elmin Cəfərov insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı mühazirələr oxuyub və şəxsi heyəti maraqlandıran sualları cavablandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.