SİYASƏT


Ombudsman Aparatının nümayəndələri hərbi hissəni ziyarət ediblər

Bakı, 14 may, AZƏRTAC

Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında 2022-ci il üçün birgə tədbirlər planına əsasən, aparatın nümayəndələri N hərbi hissəsini ziyarət ediblər.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyəti hərbi qulluqçuların məişət şəraiti ilə tanış olub, yataqxana, əşya və ərzaq anbarları, yeməkxana, eləcə də inzibati otaqlara baxış keçirib.

İnsan hüquqlarının qorunması, həmçinin hərbi qulluqçuların hüquqlarının təmin edilməsi və digər mövzularda maarifləndirici söhbətlər aparılıb.

Ombudsman Aparatının nümayəndələri hərbi hissədə yaradılan şəraiti, şəxsi heyətlə vətənpərvərlik və təlim-tərbiyə sahəsində həyata keçirilən tədbirləri müsbət qiymətləndiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.