CƏMİYYƏT


Ombudsman FAO-nun Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Bakı, 25 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Mələk Çakmakla görüşüb.

Ombudsmanın Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı Ombudsman mandatı və fəaliyyəti barədə qonağa geniş məlumat verilib. Qeyd olunub ki, pandemiya və hərbi vəziyyət dövründə Ombudsman təsisatı fəaliyyətini fasiləsiz olaraq davam etdirib, xüsusilə də əhalinin həssas qruplarının hüquqlarının səmərəli təmininə diqqət yetirilib.

Otuz illik işğal dövründə Azərbaycan torpaqlarının 20 faizində ətraf mühitə vurulan ciddi zərərdən danışan Ombudsman 44 günlük Vətən müharibəsi dövründə Ermənistan tərəfinin qadağan olunmuş silahlardan istifadə etməsinin bu zərəri daha da artırdığını bildirib. Qeyd olunub ki, vaxtilə işğal altında saxlanılmış torpaqların əkin üçün yararsız vəziyyətə düşməsi orada həyatın yenidən bərpasında böyük çətinliklər yaradır.

Mələk Çakmak ölkədə qida təhlükəsizliyinin təmin olunması, BMT-nin qlobal məqsədlərinin icrası və aqrar sahədə məhsuldarlığın artırılması istiqamətində əhalinin məlumatlı olmasının vacibliyini qeyd edib. Bununla bağlı Ombudsman təsisatı ilə FAO arasında səmərəli əməkdaşlığın qurulmasının əhəmiyyəti vurğulanıb.

Sonda tərəflər arasında gələcək əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.