CƏMİYYƏT


Ombudsman: Faktaraşdırıcı missiya zamanı toplanan sübutlar beynəlxalq hüquq çərçivəsində məhkəməyə təqdim olunacaq

Bakı, 18 sentyabr, AZƏRTAC

Ermənilərin ərazilərimizi 30 illik işğal altında saxladığı dövrdə Şuşada sosial obyektlərə, mədəniyyət abidələrinə qarşı həyata keçirdiyi vandalizm aktlarının monitorinqi keçirilərək foto və videoları çəkilib, dağıntılar qeydə alınıb. Şuşada toplanan sübutlar müvafiq hesabatın hazırlanması zamanı istifadə olunacaq.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva işğaldan azad edilmiş ərazilərdə aparılan faktaraşdırıcı missiyanın yekunlarına dair mətbuat konfransı zamanı deyib. Qonaqlar azad olunmuş ərazilərdə gördükləri mənzərədən dəhşətə gəldiklərini qeyd edən ombudsman bildirib: “Faktaraşdırıcı missiyanın əsas məqsədi işğaldan əvvəl ən inkişaf etmiş şəhərlərdən biri olan Ağdamın tarixi, mədəni abidələrinin dağıdılması ilə bağlı monitorinq aparmaq olub. Nümayəndə heyəti sübutlar toplamaq üçün orada olublar. Həmçinin nümayəndə heyəti 44 günlük müharibə dövründə ağır artilleriya və iriçaplı silahlardan hücuma ən çox məruz qalan Tərtərə səfər etdi. Qonaqlar insan tələfatı baş vermiş və ciddi ziyan görən sosial obyektlərin monitorinqini apardılar. Faktlar müvafiq beynəlxalq təşkilatlara ünvanlanacaq və beynəlxalq hüquq çərçivəsində məhkəməyə təqdim olunacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.