Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ombudsman “Human Rights Watch” təşkilatının iddialarına cavab verib

Ombudsman “Human Rights Watch” təşkilatının iddialarına cavab verib

Bakı, 24 mart, AZƏRTAC

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) “Human Rights Watch” təşkilatının 2021-ci il 19 mart tarixli hesabatında guya Ermənistan əsirlərinə qarşı pis rəftara dair iddiaları ilə bağlı şərh verib.

Ombudsman Aparatından AZƏRTAC-a verilən məlumata görə şərhdə deyilir:

“Təəssüflə qeyd edirik ki, “Human Rights Watch” (HRW) təşkilatının bu yaxınlarda Azərbaycanda saxlanılan erməni müharibə əsirlərinə qarşı pis rəftarın olduğunun iddia edildiyi hesabatı qərəzli yanaşmanı əks etdirir və beynəlxalq ictimaiyyəti çaşdırır.

Münaqişələr, onların nəticələri, müharibə əsirləri, iddia edilən beynəlxalq humanitar hüququn pozulması və s. kimi həssas mövzulara dair hər hansı bir hesabatda obyektivlik prinsipinə riayət olunmalı və birtərəfli mövqedən yayınmaq üçün yalnız yoxlanılmış faktlardan və əsaslandırılmış arqumentlərdən çıxış edilməlidir. Müstəqil beynəlxalq və yerli insan hüquqları qurumları kimi etibarlı mənbələr tərəfindən təqdim olunan materiallara və faktlara da istinad edilməlidir. Təəssüf ki, HRW hesabatında bu prinsipləri görmürük. Əksinə, yenə də bu baxımdan ikili standartlara, həqiqətin və danılmaz faktların təhrif olunmasına şahid oluruq.

HRW təşkilatından onlara qarşı birbaşa şahidi olduqları pis rəftarla bağlı ətraflı məlumat verə biləcək keçmiş azərbaycanlı müharibə əsirlərini, o cümlədən birgə tutulduqları və ya eyni kameralarda saxlanıldıqları digər müharibə əsirləri barədə də araşdırma etməsini və onlardan müsahibə almasını gözləyirik. Ən azından öz hesabatlarını yaymazdan öncə, HRW Ermənistan əsirliyində saxlanılan Azərbaycanın müharibə əsirləri və girovlarına qarşı rəftar barədə Azərbaycan Ombudsmanının hesabatı ilə tanış ola bilərdi.

Azərbaycan Ombudsmanının hesabatında azad olunmuş əsir və girovlara qarşı rəftar haqqında onların öz ifadələri yer almışdır. Məsələn, Ombudsmanın şəxsən apardığı söhbət zamanı müharibə əsirlərindən biri iti metal çubuqla vurulduğunu, digəri isə elektrik cərəyanı verilməsinə məruz qaldığını, digər biri isə dəfələrlə siqaret alışqanı ilə yandırıldığını söyləmişdir.

Ombudsmanla təkbətək görüş zamanı azad edilən əsirlərdən olan hərbi qulluqçu döyüş əməliyyatları zamanı iriçaplı silahdan atılan atəş nəticəsində sol ayağından və sağ gözündən ağır yaralandığını bildirmişdir (güllə gözünün aşağı hissəsinə girərək ağız boşluğundan çıxmışdır). Həmin gecə damağındakı damarda qanaxma olduğu üçün erməni həkim ağrıkəsici və ya digər anestezik vasitələrdən istifadə etmədən təxminən 3 saat ərzində onun damağına tikişlər qoymuşdur. Bundan əlavə, xəstəxanada tibb bacıları ona alkoqol şprisi vuraraq dediklərini təkrarlamasını tələb ediblər, lakin əsir onların dediyini etmədikdə, daha çox işgəncə və digər pis rəftara məruz qalmaqda davam edib.

Əsirlikdə olan zaman onlara ailə üzvləri və yaxınları ilə ünsiyyət qurmaq üçün heç bir fürsət yaradılmayıb.

Yuxarıda qeyd olunanlar HRW təşkilatının nəzərinə çatdırmaq istədiyimiz hallardan sadəcə bir neçəsidir. Daha ətraflı məlumatı Azərbaycan Ombudsmanının Ermənistan əsirliyində olan Azərbaycan əsirlərinə qarşı pis rəftara dair son hesabatında tapmaq mümkündür. Erməni əsgərləri tərəfindən Azərbaycan əsirlərinə qarşı işgəncə və pis rəftarın danılmaz faktlarını göstərən videoların keçidləri də hesabatda öz əksini tapıb.

Beynəlxalq humanitar hüquq silahlı münaqişə tərəflərindən əsirlərə hər vəziyyətdə insani münasibət göstərməsini tələb edir. Qeyd etmək istərdik ki, HRW üçüncü Cenevrə Konvensiyasının tərəflərini bu Konvensiyanın tələblərinə cavab verməyə çağırarkən qərəzsiz mövqe tutmalıdır.

Eyni zamanda, bildirilməlidir ki, Azərbaycan tərəfindən 2020-ci il 10 noyabr tarixli birgə Bəyanata tam riayət edilməklə bütün erməni hərbi əsirlər Ermənistana geri qaytarılıb.

Həm birinci, həm də İkinci Qarabağ müharibəsi zamanı ölkəmizin haqq səsinə, Azərbaycanın mülki əhalisinə qarşı Ermənistan silahlı qüvvələrinin törətdiyi müharibə cinayətləri barədə dəfələrlə edilən çağırışlarına aşkar biganəlik nümayiş etdirilib. Qeyd olunanlar və Ermənistanın siyasi və hərbi rəhbərliyinin ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ilə yaxın işğal altında saxlayaraq, bir milyon insanı didərgin salaraq, döyüş əməliyyatları zamanı istifadəsi qadağan olunmuş silahlar ilə mülki şəxsləri hədəf alaraq, o cümlədən işğal altında olan ərazilərdə basdırılmış minaların xəritələrini açıqlamaqdan imtina edərək və Azərbaycan əsirlərinə işgəncə verərək törətdiyi cinayətlərə göz yummaq ədalət anlayışına heç də uyğun deyil.

Ombudsmanın Azərbaycan əsirlərinə qarşı pis rəftarla bağlı məruzəsində Ermənistan tərəfindən girov götürülmüş üç Azərbaycanlı mülki şəxsin məsələsi də əks olunur. Onlardan biri - Həsən Həsənov işgəncələrə məruz qalıb və vəhşicəsinə öldürülüb. Digər ikisi - Dilqəm Əsgərov və Şahbaz Quliyev 6 il ərzində müxtəlif fiziki zorakılığa məruz qalıblar ki, bu barədə dəfələrlə Ombudsman müvafiq beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırıb. Bu şəxslər azad edildikdən sonra Azərbaycan Ombudsmanının onların hər biri ilə görüşü və verdikləri ifadələr haqqında ətraflı məlumat hesabatda yer alıb.

Ermənistan tərəfindən fərqli olaraq, Azərbaycan Ombudsmanı geri qaytarılmadan öncə Ermənistan əsirləri ilə görüşüb və onların saxlanma şəraitlərini araşdırıb. Onların ailə üzvləri və ya qohumları ilə telefon əlaqəsi təmin edilib. Ombudsman onlara öz dillərində olan Avropa İnsan Hüquqları Konvensiyasını təqdim edib və hüquqlarını izah edib. Bununla bağlı Azərbaycan Ombudsmanının sözügedən hesabatında və rəsmi internet səhifəsində daha çox məlumat əldə etmək mümkündür.

Yekun olaraq, HRW təşkilatının qərəzsiz mövqe tutmalı və obyektiv bir araşdırma aparmalı olduğunu düşünürük. HRW və digər əlaqədar təşkilatları nifrətə və insan hüquqlarının daha da pozulmasına səbəb ola biləcək hər hansı bir qərəzli hesabat və ya bəyanat yaymaqdan çəkinməyə çağırırıq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı