CƏMİYYƏT


Ombudsman Reza Deqatini mükafatlandırıb

Bakı, 23 iyul, AZƏRTAC

Reza Deqati Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüş zamanı Ombudsman müharibə zamanı azərbaycanlılara qarşı törədilən cinayətlərin, ölkəmizə qarşı təcavüz və mülki əhaliyə qarşı törədilən etnik təmizləmə siyasətinin ağır nəticələri haqqında dünya ictimaiyyətinə dolğun, obyektiv, qərəzsiz məlumatların çatdırılmasına görə Reza Deqatiyə təşəkkür edib.

Reza Deqati Birinci Qarabağ müharibəsində lentə aldığı kadrların tarixi, 44 günlük Vətən müharibəsi nəticəsində azad olunmuş ərazilərdə apardığı çəkilişlər zamanı mülki, dini obyektlərin yerlə-yeksan edilməsi, bu barədə dünya ictimaiyyətinə ünvanlandığı foto və video çəkilişlər haqqında məlumat verib. Azərbaycan həqiqətlərinin yayılması istiqamətində Ombudsman institutu ilə əməkdaşlığın məqsədəuyğun olduğunu bildirib.

Görüşün yekununda Səbinə Əliyeva Reza Deqatiyə “İşğal olunmuş ərazilərdə ermənilərin törətdiyi vandalizm aktlarını, insan haqlarının pozulmasını fotoşəkillər vasitəsilə dünyaya çatdırılmasına verdiyi dəyərli töhfə üçün” fəxri diplomunu təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.