SİYASƏT


Ombudsman Səbinə Əliyeva: Beynəlxalq hüquqa hörmətsizlik dünya ictimaiyyətinin gündəmində qalmalıdır

Bakı, 18 iyun, AZƏRTAC

Çağdaş müasir dünyada insan hüquqlarının qorunması humanitarlaşma siyasətində əsas yeri tutur. Bu gün Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd olunur. Bu münasibətlə sizi təbrik etmək istərdim. Bugünkü panelin adı da təsadüfi deyil. Bu, çox gözəl dəyərləri özündə aşılayır. İnsan hüquqlarının qorunması dövlət siyasətində əsas mərkəzi xətti təşkil edir. İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) İnstitutu hüquqi dövlət strukturudur və müstəqil insan hüquqlarını qoruyan bir təsisatdır. İnsan hüquqlarının müdafiəsi sahəsində qarşımızda duran əsas məsələlərdən biri müasir dünyada ikili standartlara qarşı mübarizədir.

AZƏRTAC xəbər verir ki, bunu IX Qlobal Bakı Forumu çərçivəsində “XXI əsrdə insan hüquqları, demokratiya və yeni çağırışlar” mövzusunda keçirilən penel iclasda çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Səbinə Əliyeva deyib.

Onun sözlərinə görə, hüquq prinsiplərinin pozulması humanitar qanunun pozulmasına gətirir. Bu, BMT Baş Assambleyasının qəbul etdiyi insan hüquqlarına dair sənəddə də qeyd edilib: “Beynəlxalq hüquqa hörmətsizlik dünya ictimaiyyətinin, nüfuzlu təsisatların gündəmində qalmalıdır. Bu cür fundamental məsələlərdə yenidən həyəcan təbili çalınmalıdır. Münaqişələrin qarşısının alınmasında BMT ilə birgə mühüm çevik mexanizmlər hazırlayıb, sərt qərarlar, qətnamələr qəbul etməkdə iştirak edilməlidir”.

Cinayətlərə qarşı bəşəriyyətin öz sözünü deməli olduğunu bildirən S.Əliyeva Azərbaycanın çağırışlarının 30 il səssizliklə qarşılandığını diqqətə çatdırıb. “Soydaşlarımızın məcburi köçkün düşməsinə ədalət səsi qaldırılmadı. Buna qarşı beynəlxalq məhkəmə çağırılmalıdır. Ermənistan tərəfindən xalqımıza qarşı törədilən soyqırımı bəşəriyyətə qarşı cinayət idi ki, bu da birbaşa insan hüquqlarının azadlığına xələl gətirir. Ölkəmizə qarşı törədilən vandalizmə görə çağırışlar hazırlamışam. Hesabatda xalqımıza, dövlətimizə məxsus tarixi, mədəni irslərə qarşı cinayətlər, qocalara, qadınlara, uşaqlara qarşı aparılan siyasət əks olunub. Onlar çox dərindən tədqiq olunacaq. Dəlillər əsasında cinayətkarlar məhkəmə qarşısına çıxarılacaq və ədalət bərpa olunacaq. Ombudsman kimi beynəlxalq hüquq normalarına dair sənədlərə Azərbaycanın qoşulmasına çalışacaq və sülhün, təhlükəsizliyin bərqərar edilməsi istiqamətində cəhdlərimi əsirgəməyəcəm”, - deyə ombudsman vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.