Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ombudsman Səbinə Əliyeva: “Human Rights Watch” Azərbaycanı neqativ, Ermənistanı isə pozitiv siyahıda göstərməyə çalışır

Ombudsman Səbinə Əliyeva: “Human Rights Watch” Azərbaycanı neqativ, Ermənistanı isə pozitiv siyahıda göstərməyə çalışır

Bakı, 17 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva AZƏRTAC-a müsahibəsində “Human Rights Watch” təşkilatının 2021-ci il üzrə hesabatına münasibət bildirib. Müsahibəni təqdim edirik:

- “Human Rights Watch” təşkilatı 2021-ci il üzrə hesabatında ölkəmizə münasibətdə müxtəlif qərəzli məqamlara yer ayırıb. Sizin Ombudsman olaraq bununla bağlı münasibətinizi öyrənmək istərdik.

- Özünü insan hüquqlarının və fundamental azadlıqların “keşikçisi” kimi təqdim etməyə çalışan “Human Rights Watch” qeyri-hökumət təşkilatı Ermənistanın uzun illər ərzində azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasətinə, müharibə cinayətlərinə, azərbaycanlı əhalinin kütləvi şəkildə öz doğma torpaqlarından zorla qovulmasına, müharibə bitdikdən sonra Ermənistanın davamlı olaraq günahsız insanların qətlə yetirilməsinə və sülh danışıqlarına xələl gətirən təxribatçı əməllərinə obyektiv qiymət vermək əvəzinə, özünün 2021-ci il üçün yayımlanan hesabatında ədalət və qərəzsizlik prinsiplərini gözləmədən siyasi sifarişlərə xidmət edən məlumatlar dərc edib.

Hər bir təşkilat hesabat tərtib edərkən istinad etdiyi mənbələrdə ədalətli balansı gözləməli, hüququn və qanunun aliliyi prinsipinə hörmətlə yanaşmalıdır. Lakin təəssüflə qeyd etmək istərdim ki, beynəlxalq qeyri-hökumət təşkilatı olan “Human Rights Watch” tərtib etdiyi hesabatlarda bu prinsipləri nəinki gözləmir, hətta müəyyən siyasi məqsədlərə xidmət edən qarayaxma kampaniyası həyata keçirir. Hesabatın təhlili onu göstərir ki, “Human Rights Watch” hər zaman olduğu kimi, bu dəfə də Azərbaycana münasibətdə ikili standartlara yol verir, insan hüquqlarının müdafiəsi sahəsində Azərbaycanı neqativ, Ermənistanı isə pozitiv siyahıda göstərməyə çalışır.

İkinci Qarabağ müharibəsinin Azərbaycanın beynəlxalq təşkilatlar tərəfindən tanınmış əraziləri daxilində getməsinə baxmayaraq, “Human Rights Watch” təşkilatı tərtib etdiyi hesabatda Ermənistan ərazisində məktəblərin zərər görməsi ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar verməklə yanaşı, hətta bu məktəblərin sayının Azərbaycan məktəblərinə nisbətən daha çox olduğu yalanını qeyd edib.

Məlum olduğu kimi, Ermənistanın Azərbaycana qarşı törətdiyi son müharibə cinayətləri nəticəsində 10-dan çoxu uşaq olmaqla, 100-ə yaxın dinc mülki şəxs qətlə yetirilib, 450-dən çox insan yaralanıb, 12 min mülki infrastruktur obyekti, o cümlədən 3410-dan çox ev, 120 çoxmənzilli yaşayış binası və çoxlu sayda məktəb, xəstəxana, uşaq bağçası da olmaqla 512 mülki infrastruktur, habelə tarixi, dini və mədəni abidələrimiz dağıdılıb və ya onlara ciddi ziyan vurulub.

Qeyd olunan məlumatlar faktlarla təsdiq edilərək tərəfimdən hazırlanmış çox sayda hesabat, bəyanat və müraciətlərdə geniş şəkildə əks olunub, beynəlxalq və regional təşkilatlara, o cümlədən beynəlxalq qeyri-hökumət təşkilatlarına göndərilib.

Lakin hesabatda Ermənistan ombudsmanının məlumatına istinad olunsa da, Azərbaycan ombudsmanının mövzu ilə bağlı hazırlamış olduğu hesabat və bəyanatlarına istinad edilməyib. Bu fakt bir daha “Human Rights Watch” təşkilatının məsələyə qərəzli yanaşmasını sübut edir.

Hesabatda, eyni zamanda, Ermənistan ombudsmanının məlumatına istinad edilərək, guya Azərbaycanda erməni hərbi əsirlərinə münasibətdə hüquq pozuntularına yol verildiyi iddia olunur. Bununla bağlı qeyd etmək istərdim ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən hərbi əməliyyatların dayandırılmasından sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Ermənistan tərəfindən yerləşdirilmiş, mülki şəxslərə və hərbi qulluqçularımızın həyat və sağlamlığına qarşı törətdikləri cinayətlərin qarşısının alınması zamanı saxlanılaraq istintaqa təhvil verilmiş, terror cinayəti törətməkdə təqsirləndirilən silahlı qrupun üzvləri fərdi qaydada tərəfimdən qəbul olunub, müraciətləri dinlənilib, onlara öz dillərində hüquq və azadlıqları ilə bağlı qanunvericilik aktları təqdim olunub. Ombudsmanın Milli Preventiv Qrupunun həkim üzvünün iştirakı ilə həmin şəxslər müraciətləri əsasında müayinə edilib. Hər hansı bir ayrı-seçkiliyə yol verilmədən onlara münasibətdə lazımi tibbi-psixoloji xidmətin təmin olunduğu, qanunvericiliyə riayət edildiyi müşahidə edilib.

Həmin təqsirləndirilən şəxslər onlarla rəftardan və saxlanma şəraitindən, tibbi xidmətdən, qidalanmadan razılıq etməklə yanaşı, humanist münasibətə görə təşəkkürlərini bildiriblər.

Başçəkmənin nəticələri ilə bağlı mətbuata geniş açıqlama verilsə də, “Human Rights Watch” təşkilatının tərtib etdiyi hesabatda ədalət naminə bununla bağlı hər hansı bir məlumat verilməyib. Bütün bunlar adı çəkilən təşkilatın tərtib edəcəyi hesabatın “obyektivliyini” bir daha göstərmiş olur.

- Ombudsman təsisatı olaraq, həmin təşkilata məlumat göndərmisinizmi?

-Tərəfimdən müxtəlif beynəlxalq qurumlar və milli insan hüquqları təsisatları Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti və törətdiyi müharibə cinayətləri ilə yerində tanış olaraq araşdırmalar aparmaq məqsədilə ölkəmizə dəvət edilib. Bir çox beynəlxalq təşkilatın nümayəndə heyətləri ölkəmizdə səfərdə olub, müstəqil təsisat qismində yerində araşdırmalar həyata keçiriblər. Həmin səfərlər çərçivəsində təşkil edilmiş faktaraşdırıcı missiya ilə bağlı da hesabatlar hazırlanaraq beynəlxalq təşkilatlara ünvanlanıb.

Həmin təşkilatın nümayəndələri Vətən müharibəsi dövründə baş verən insan hüquqları pozuntuları ilə bağlı araşdırmalar aparmaq məqsədilə ölkəmizə səfər edərək, aidiyyəti dövlət qurumları, o cümlədən Ombudsman Aparatında mənimlə də görüşlər keçiriblər. Görüş zamanı tərəfimdən “Human Rights Watch” təşkilatının nümayəndələrinə Ermənistan hərbi qüvvələri tərəfindən qadağan edilmiş raketlərlə Azərbaycanın mülki yaşayışın sıx olduğu ərazilərinə edilmiş hücumlar nəticəsində mülki obyektlərə və şəxslərə dəyən ziyanın araşdırılması məqsədilə həyata keçirdiyim faktaraşdırıcı missiya nəticəsində əldə olunan foto və videogörüntülər, eyni zamanda, hal şahidlərinin ifadələri təqdim edilib. Bununla yanaşı, beynəlxalq təşkilatlara göndərdiyimiz və Ermənistanın törətmiş olduğu müharibə cinayətlərini əks etdirən faktlardan ibarət xüsusi hesabatlar da onlara təqdim olunub. Ancaq görünən odur ki, bu təşkilatın nümayəndələri açıq həqiqətləri qəbul etmək yerinə dünya ictimaiyyətini çaşdıran, gerçəkləri əks etdirməyən məlumatlara öz hesabatlarında yer verərək qərəzli mövqedən çıxış edirlər.

Bir daha “Human Rights Watch” və digər beynəlxalq qeyri-hökumət təşkilatlarını özlərinə və tərtib etdikləri hesabatlara hörməti təmin etmək üçün ədalət və qərəzsizlik prinsiplərini unutmamağa, hüququn aliliyini çəkinmədən bəyan etməyə dəvət edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomik festival açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-da BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib