SİYASƏT


Ombudsman tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində növbəti maarifləndirmə tədbiri keçirilib

Bakı, 16 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində 12 iyun – Ümumdünya Uşaq Əməyinə qarşı Mübarizə Gününə həsr olunmuş, həmçinin “İnsan hüquqları və onun prinsipləri” mövzusunda tədbirlər keçirilib.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qurumun Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva çıxışı zamanı “İnsan hüquqları aylığı” çərçivəsində tədbirlərin keçirilməsinə görə Sosial Xidmətlər Agentliyinə və Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə təşəkkürünü bildirib, tədbirin məqsədi və əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıb.

Sonda mövzuya dair maarifləndirici videoçarxlar, həmçinin uşaqlar tərəfindən səhnəciklər nümayiş etdirilib. Eyni zamanda, “İnsan Hüquqları Aylığı” çərçivəsində müəssisənin uşaq sakinlərinin iştirakı ilə insan hüquqlarına dair hazırlanmış videoçarx təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.