REGİONLAR


Ombudsmanın Gəncə regional mərkəzində Beynəlxalq Sülh gününə həsr olunmuş onlayn tədbir keçirilib

Bakı, 21 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Gəncə regional mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax rayon şöbəsinin birgə təşkilatçılığı, fəal gənclərin iştirakı ilə 21 sentyabr - Beynəlxalq Sülh Gününə həsr olunmuş “Sülh mədəniyyəti və insan hüquqları” mövzusunda onlayn tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a Ombudsman Aparatından məlumat verilib.

Tədbirdə çıxış edən Gəncə regional mərkəzinin rəhbəri Səbuhi Abbasov qeyd edib ki, 1981-ci ildən 21 sentyabr tarixi bütün dünyada “Beynəlxalq Sülh Günü” kimi qeyd olunur. Sülh Günü təkcə xalqlar arasında deyil, həmçinin ailə və cəmiyyətdə münasibətlərin sağlamlaşmasına, zorakılığa qarşı mübarizənin gücləndirilməsinə nail olmaq üçün bir imkandır.

Azərbaycan Respublikasının sülhsevər siyasəti ilə dünyada və regionda sülhün möhkəmlənməsinə hər zaman öz dəyərli töhfələrini verdiyini diqqətə çatdıran S.Abbasov ölkəmizdən fərqli olaraq Ermənistanın öz destruktiv siyasəti ilə vətəndaşlarımızın insan hüquqlarını pozmaqda davam etdiyini vurğulayıb. Ermənistanın sülhə və təhlükəsizliyə təhdid yaradan dövlət siyasətinin ifşa olunmasında Azərbaycan Ombudsman təsisatının ardıcıl və çoxşaxəli fəaliyyət göstərdiyini qeyd edən S.Abbasov Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın 21 sentyabr - Beynəlxalq Sülh Günü ilə bağlı dünya ictimaiyyətinə ünvanlanmış müraciətini iştirakçıların diqqətinə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.