CƏMİYYƏT


Ombudsmanın Quba Regional Mərkəzi videokonfrans formatında tədbir keçirib

Bakı, 30 may, AZƏRTAC

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Quba Regional Mərkəzi “İnsan Hüquqları Aylığı” çərçivəsində Quba və Xaçmaz rayonlarından Skautlar Assosiasiyasının üzvlərinin iştirakı ilə videokonfrans formatında tədbir keçirib.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Mərkəzin rəhbəri Bəhruz Əfəndiyev iştirakçılara müvəkkilin 28 May - Respublika Günü münasibətilə təbriklərini çatdırıb. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən, iyunun 18-i ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunur. Bununla əlaqədar müvəkkilin təşəbbüsü ilə 18 may – 18 iyun tarixlərində ölkəmizdə “İnsan Hüquqları Aylığı” keçirilir.

Onlayn tədbirdə Ombudsman təsisatı tərəfindən xüsusi karantin rejimi çərçivəsində də daxil olan müraciətlərə həssaslıqla yanaşıldığı və diqqət mərkəzində saxlanıldığı vurğulanıb. Mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları ətraflı cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.