REGİONLAR


Ombudsmanın Quba Regional Mərkəzi videokonfrans vasitəsilə maarifləndirici tədbir keçirib

Bakı, 26 may, AZƏRTAC

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Quba Regional Mərkəzi tərəfindən “İnsan Hüquqları Aylığı” çərçivəsində Quba Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin əməkdaşları və fəal oxucularının iştirakı ilə videokonfrans vasitəsilə maarifləndirici tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Ombudsmanın Quba Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev müqəddəs Ramazan Bayramı və 28 May - Respublika Günü münasibətilə Müvəkkilin təbriklərini iştirakçılara çatdırıb, Ombudsmanın təşəbbüsü ilə keçirilən aylıqlar barədə geniş məlumat verib.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə iyunun 18-i ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunur. Bununla əlaqədar olaraq Müvəkkilin təşəbbüsü ilə 18 may – 18 iyun tarixlərində ölkəmizdə “İnsan Hüquqları Aylığı” keçirilir.

Xüsusi karantin rejimində də Ombudsman təsisatı tərəfindən daxil olan müraciətlərə həssaslıqla yanaşıldığı, insanların hüquqların qorunması və təmini məsələlərinin daim diqqət mərkəzində saxlanıldığı qeyd edilib.

Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.