SİYASƏT
Ombudsmanın bəyanatı Bosniya və Herseqovinadakı beynəlxalq qurumlara göndərilib
Sarayevo, 14 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin növbəti dəfə pozulmasına və tələfatla nəticələnən təxribat cəhdinə etiraz bəyanatı Bosniya və Herseqovinanın (BvH) dövlət qurumlarına, bu ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəlik və beynəlxalq təşkilatlara, yerli KİV-lərə göndərilib, habelə diplomatik nümayəndəliyimizin internet səhifəsində, eləcə də “Facebook”, “Twitter” və “Instagram” sosial şəbəkə platformalarında yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, bəyanatla əlaqədar iyulun 14-də diplomatik nümayəndəlik tərəfindən BvH-nin Federal Xəbərlər Agentliyində (FENA) və “Vijesti.ba” informasiya portalında “Armenija se nije odrekla okupacijske politike” (“Ermənistan işğalçılıq siyasətindən əl çəkmədi”) başlıqlı məqalə dərc etdirilib.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo