CƏMİYYƏT


Ombudsmanın təşəbbüsü ilə “İnsan hüquqları aylığı” keçiriləcək

Bakı, 17 may, AZƏRTAC

Hər il olduğu kimi, bu il də insan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan hüquqları aylığı” keçiriləcək.

Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar müvəkkil dövlət orqanlarına, şəhər və rayon icra hakimiyyətlərinə, Milli QHT Forumuna məktubla müraciət edib.

Aylıq çərçivəsində dövlət qurumları, QHT-lər və KİV-lər, icmalar və beynəlxalq təşkilatlar tərəfindən insan hüquqları sahəsində səmərəli əməkdaşlığın davamı olaraq, ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icraatda olan müddəaları əsasında respublikanın bütün şəhər və rayonlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər və müzakirələr təşkil olunur. Belə aylıqların keçirilməsi əhalinin müxtəlif qruplarının hüquqi maarifləndirilməsi, onların hüquq düşüncəsinin inkişaf etdirilməsi ilə yanaşı, pozulmuş hüquqların bərpasına və vətəndaş cəmiyyətinin inkişafına xidmət edir. Bununla yanaşı, “İnsan hüquqları aylığı” çərçivəsində müvafiq qurumlar tərəfindən əhalinin müxtəlif qruplarını əhatə etməklə insan hüquqlarını təbliğ edən mövzularda konfrans və müxtəlif maarifləndirmə tədbirlərinin təşkili və görülən işlər haqqında məlumatlar, insan hüquqlarının daha səmərəli təmini ilə əlaqədar təkliflər iyunun 11-dək ombudsmana təqdim edilməlidir.

Aylığın nəticələri ümumiləşdirilərək təhlil olunacaq və ictimaiyyətə açıqlanacaq.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkəmizdə “İnsan hüquqları günü” kimi qeyd olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.