CƏMİYYƏT
Ombudsmanın təşəbbüsü ilə Qubada bir qrup şəhid ailəsinə və qazilərə psixoloji yardım aksiyası keçirilib
Bakı, 18 fevral, AZƏRTAC
Fevralın 16-17-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə Ombudsman Aparatı və Quba rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Quba Gənclər Mərkəzində bir qrup psixoloq və psixiatrın iştirakı ilə Vətən Müharibəsi nəticəsində doğmalarını itirmiş ailələrin üzvlərinə, həmçinin qazilərimizə psixoloji yardım göstərilib.
Ombudsman Aparatından AZƏRTAC-a verilən məlumata görə, bu işdə əsas məqsəd müharibədən zərər çəkmiş şəxslərin post-travmatik stress mərhələsindəki psixoloji sağlamlıq vəziyyətinin düzəlməsinə yardım etmək və onlara normal həyata adaptasiya istiqamətində dəstək verməkdən ibarət olub. Aksiya çərçivəsində on şəhid ailəsinin üzvlərinə və otuz nəfər qaziyə psixoloji yardım göstərilib.