CƏMİYYƏT


Ombudsmanın təşəbbüsü ilə Tərtərdə şəhid ailələri və qazilər üçün tibbi yardım aksiyası təşkil olunub

Bakı, 5 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın təşəbbüsü və “EGIS Pharmaceuticals PLC” şirkətinin dəstəyi ilə Tərtərdə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilər üçün pulsuz tibbi yardım aksiyası təşkil olunub.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tibbi xidmətlərin göstərilməsində kardioloq, endokrinoloq, nevropatoloq, ginekoloq, pediatr və psixiatrlar iştirak edirlər.

Tərtər Rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiya çərçivəsində müharibə nəticəsində müxtəlif travmalar almış, doğmaları həlak olmuş şəxslərə həkim və mütəxəssislər tərəfindən lazımi tibbi və psixoloji yardım göstərilir.

Qeyd edək ki, ombudsmanın təşəbbüsü əsasında əvvəllər də şəhid ailələri, qazilər, habelə müharibə nəticəsində həlak olmuş mülki şəxslərin yaxınları üçün psixoloji dəstək aksiyaları təşkil olunub və bu tədbirlər davam etdiriləcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.