CƏMİYYƏT


Ombudsmanın təşəbbüsü ilə şəhid ailələri və qazilər üçün növbəti tibbi yardım aksiyası Ağstafada təşkil olunub

Bakı, 19 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın təşəbbüsü və “EGIS Pharmaceuticals PLC” şirkətinin dəstəyi ilə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilərimiz üçün növbəti tibbi yardım aksiyası Ağstafada təşkil olunub.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ağstafa Rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiya çərçivəsində pulsuz tibbi xidmətlərin göstərilməsində kardioloq, nevropatoloq, endokrinoloq, ginekoloq, pediatr, psixiatr mütəxəssislər iştirak ediblər. Həkim və mütəxəssislər tərəfindən Vətən müharibəsində müxtəlif növ travmalar almış, doğmalarını itirmiş şəxslərə lazımi tibbi və psixoloji yardım göstərilib.

Qeyd edək ki, layihə çərçivəsində bundan əvvəlki tibbi yardım aksiyası Tərtərdə təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.