SİYASƏT


Ömər Çelik: Türkiyə sona qədər Azərbaycanın yanındadır

İstanbul, 29 sentyabr, AZƏRTAC

Qarabağ torpağı Azərbaycana məxsusdur. Ermənistan işğalçıdır. Türkiyə sona qədər Azərbaycanın yanındadır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik partiyasının Milli Qərar Şurasının iclasından sonra Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlarla bağlı açıqlamalarında deyib.

Açıqlamada bildirilir: “Ermənistanın qanunsuz hücumları nəticəsində şəhidlərimiz var. Azərbaycan xalqına başsağlığı diləyirik. Ermənistanın hücumlarını bir daha şiddətlə qınayırıq. Azərbaycan ilə Türkiyə eyni taleyə, eyni gələcəyə sahib iki ölkədir. Kürsümüzdəki bu iki bayraq fotosu bunun rəmzidir. Türkiyə sona qədər Azərbaycanın yanındadır”.

Beynəlxalq ictimaiyyətin Ermənistanın hücumlarını qınamalı olduğunu vurğulayan Ö.Çelik bildirib: “Qarabağ torpağı Azərbaycanındır. Ermənistan işğalçı tərəfdir. Ermənistan sülhü pozan bir təxribata imza atıb. Ermənistan işğal etdiyi torpaqları tərk etdiyi anda, bu problem öz həllini tapacaq. Minsk qrupu artıq 30 ildir bu məsələnin həlli istiqamətində heç nə etməyib”.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.