İDMAN


Ömər Cavadov: Qarşıdakı yarışlarda da Azərbaycan bayrağını yüksəltməyə çalışacağam

Bakı, 10 mart, AZƏRTAC

Uzun müddətdir Azərbaycan yeniyetmələr arasında dünya birinciliyində medal qazana bilmirdi. Şükürlər olsun ki, mən bu uğura nail ola bildim. Çətin oldu, amma yaxşı ki, bu bürünc medala sahib çıxdım. Məşqçi və müəllimlərimin əməyi böyükdür.

AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmə ağır atletlər arasında dünya birinciliyində 55 kiloqram çəki dərəcəsində birdən qaldırma hərəkətində bürünc medal qazanan Ömər Cavadov söyləyib.

Milli komandamızın gənc idmançısı deyib: “Əvvəlcə şəxsi məşqçim Ağakərim Kərimova təşəkkürlər edirəm. Eyni zamanda, yığma komandada əziyyətimi çəkən bütün məşqçilərə, həmçinin rəhbər olaraq Tofiq Heydərova, federasiyanın bütün rəhbərliyinə minnətdarlığımı bildirirəm. Qarşıdakı yarışlarda da Azərbaycan bayrağını yüksəltməyə çalışacağam”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.