MƏDƏNİYYƏT


Ömər Eldarova və Fərhad Bədəlbəyliyə “Nizami Gəncəvi-880” xatirə nişanları təqdim olunub

Bakı, 25 yanvar, AZƏRTAC

Mədəniyyət naziri Anar Kərimov Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Anar Kərimov Prezident İlham Əliyevin Azərbaycanın görkəmli şəxsiyyətlərinin yaradıcılığına və onların irsinin yaşadılmasına göstərdiyi diqqət və qayğının mədəniyyətimizin beynəlxalq arenada tanıdılması üçün çox mühüm amil olduğunu vurğulayıb: “Biz bu şəxsiyyətlər vasitəsilə ölkəmizi tanıdırıq. Nizami Gəncəvi təkcə Azərbaycan şairi deyil, o, həm də ümumbəşəri dəyərə malik bir şəxsiyyətdir. Biz il ərzində dahi şairin 880 illiyi ilə əlaqədar çoxlu tədbirlər, konsertlər, tamaşalar, layihələr təşkil etmişik. Əlamətdar ilin yaddaqalan tədbirlərindən biri də Nizami Gəncəvi Beynəlxalq Festivalı oldu”.

Tədbirlərdə dahi şairin zəngin yaradıcılığının müxtəlif istiqamətlərindən danışılıb, yeni elmi faktlar səsləndirilib. Bundan əlavə, qeyd edilib ki, 2021-ci ildə bir sıra ölkələrdə şairin büstləri qoyulub. Nizami Gəncəvi təkcə ədəbi-mədəni hadisə deyil, o, həm də xalqları, ölkələri yaxın edən mədəni-siyasi önəmə malik fenomendir.

Daha sonra Anar Kərimov Ömər Eldarova və Fərhad Bədəlbəyliyə “Nizami Gəncəvi-880” xatirə nişanlarını təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.