ELM VƏ TƏHSİL


Ömər Faiq Nemanzadənin Tarix Muzeyində qorunan orijinal fotoşəkli

Ömər Faiq Nemanzadənin Tarix Muzeyində qorunan orijinal fotoşəkli

Bakı, 24 dekabr, AZƏRTAC

Bu gün milli mətbuatımızın görkəmli nümayəndəsi, publisist, pedaqoq, ictimai xadim, “Qeyrət” mətbəəsinin sahibi və “Molla Nəsrəddin” jurnalının həmtəsisçisi olmuş Ömər Faiq Nemanzadənin anadan olmasının 150-ci ildönümüdür. Görkəmli ictimai xadimin ailəsi ilə birlikdə çəkilmiş fotoşəkli Milli Azərbaycan Tarixi Muzeyində qorunur.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

Ömər Faiq Nemanzadə 1872-ci il dekabrın 24-də anadan olub. O, görkəmli publisist, mətbuat nümayəndəsi olmaqla yanaşı, həm də maarifçilik ideyalarını təbliğ edən vətənpərvər idi. Bakıda, Tiflisdə nəşr olunan qəzetlərdə, xüsusilə də “Molla Nəsrəddin” jurnalında, “Həyat”, “İrşad”, “Tərəqqi”, “İqbal”, “Açıq söz” qəzetlərində Ö.F.Nemanzadənin maarifləndirici əhəmiyyətə malik məqalələri geniş yer alıb. Dövrün vətənpərvər ruhlu bir çox şəxsiyyətləri kimi Ömər Faiq Nemanzadə də sovet dövrü repressiyasının qurbanı olub. O, 1937-ci ildə həbs edilib və güllələnib. 1958-ci ildə ona bəraət verilib.

Muzeyin zəngin kolleksiyası əsasında hazırlanan “Ömər Faiq Nemanzadə” fotoalbomu yaxın günlərdə nəşr olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.