REGİONLAR


Ömər Kocaman: Qarabağın bərpasına türkdilli dövlətlərin iş adamları da töhfə vermək istəyir

Ağdam, 11 sentyabr, AZƏRTAC

Türkdilli dövlətlərin iş adamları Qarabağın bərpasında iştirak etmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bu barədə Ağdamda səfərdə olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibinin köməkçisi Ömər Kocaman jurnalistlərə açıqlamasında deyib.

“Sentyabrın 10-da TDƏŞ olaraq Bakıda iqtisadiyyat nazirlərinin 10-cu görüşünü və biznes forumu keçirdik. Bu gün isə iş adamlarımız, səfirlər, TDƏŞ nümayəndələri ilə birlikdə Ağdama səfər etdik. Qarabağın yenidən qurulmasında türkdilli dövlətlərin iş adamları da öz töhfəsini vermək istəyir. Bu baxımdan səfərin əhəmiyyətli olacağına inanıram”, - deyə Ö.Kocaman diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.