CƏMİYYƏT


“Omikron” ştamı “delta” variantından iki dəfə daha tez yayıla bilər

Bakı, 8 dekabr, AZƏRTAC

Koronavirusun “omikron” ştamı “delta” variantından iki dəfə daha tez yayıla bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Cənubi Afrika Respublikasının “News24” xəbər portalı koronavirusun yayılması istiqamətində vəziyyətin modelləşdirilməsi ilə məşğul olan beynəlxalq alimlər qrupunun ilkin nəticələrinə istinadən məlumat yayıb.

London Universitetinin Gigiyena və Tropik Təbabət Məktəbindən Karl Pirsonun rəhbərlik etdiyi qrup Cənubi Afrika Respublikasının müxtəlif əyalətlərindən olan koronavirusa yoluxmuş xəstələrin müayinəsinin nəticələri əsasında riyazi model qurub. Nəticədə, yeni ştamın əvvəlkilərdən daha sürətlə insandan insana keçə biləcəyi barədə bundan əvvəl irəli sürülən fərziyyə təsdiqini tapıb. Eyni zamanda, “omikron” ştamının ondan əvvəlki növləri ilə müqayisədə xəstəliyin daha ağır gedişatına gətirib çıxardığı hələ aydın deyil.

Qrup dünya alimlərini yaxın aylarda koronavirusun “omikron” ştamına yoluxma hallarının ehtimal edilən artımına daha yaxşı hazırlaşmaq üçün əldə edilən informasiyadan istifadə etməyə çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.