CƏMİYYƏT
“Omikron” ştamı xəstələrdə sağaldıqdan sonra infeksiyanın ağır formalarına qarşı immunitet yaradır
Moskva, 7 dekabr, AZƏRTAC
Koronavirusun yeni “omikron” ştamı patogenliyinin aşağı olduğu və xəstələrdə sağaldıqdan sonra infeksiyanın ağır formalarına qarşı immunitet yaratdığı üçün canlı peyvənd kimi təsir göstərə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın V.A.Engelqadt adına Molekulyar Biologiya İnstitutunun şöbə müdiri, virusoloq Pyotr Çumakov jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, hazırda koronavirus təkamülünün ikinci fazasını sürətlə keçərək, daha yoluxucu, eyni zamanda, az patogen olub. Beləliklə, təbiət özü koronavirusa qarşı canlı peyvənd yaradıb.
Koronavirusun bu ştamına yoluxub sağalmış insanlarda digər ştamlara qarşı immunitet yaranır. Virusoloq gələcəkdə hakimiyyət orqanlarının lokdaunların tətbiqini istisna edə biləcəklərini də ehtimal edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva