CƏMİYYƏT


“Omikron”la xəstəxanaya yerləşdirilənlərin 90 faizi peyvənd olunmayıb

Bakı, 2 dekabr, AZƏRTAC

İlk dəfə Cənubi Afrikada aşkar edilən koronavirusun yeni variantı bütün dünyanın səhiyyə nümayəndələrini çox narahat edir. Artıq 20-dən çox ölkədə aşkar edilən “omikron” variantı qısa müddət ərzində Cənubi Afrikada yeni yoluxma hallarında artıma səbəb olub. AZƏRTAC xəbər verir ki, ölkədə koronavirusa yeni yoluxma hallarının sayı noyabrın ortalarında gündə təxminən 300-dən 3000-ə yüksəlib.

Hazırda virusoloqlar xəbərdarlıq edirlər ki, bu variant haqqında məlumat çox azdır. Ağ Evin COVID-19 üzrə müşaviri, tibb elmləri doktoru Entoni Fauçi qeyd edir ki, yeni ştamın ötürülməsi və şiddəti haqqında daha çox məlumat toplamaq üçün iki həftədən dörd həftəyə qədər vaxt lazım olacaq. Lakin, güman etmək olar ki, “omikron” peyvənd olunmamış insanlar arasında daha sürətlə ötürülür.

"Biz qeyd etdik ki, xəstəxanaya yerləşdirilən insanların əksəriyyəti, onların təxminən 90 faizi peyvənd olunmayıb”, - deyə Cənubi Afrika Tibb Assosiasiyasının direktor müavini Mvuisi Mzukva bildirib.

Mvuisi Mzukvanın sözlərinə görə, həkimlər, əsasən, “omikron” variantına yoluxanlar arasında daha az ağır hallar müşahidə ediblər. Bununla belə, xəstələr daha gəncdir, lakin xəstəliyin gedişi də daha yüngüldür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.