İDMAN


“Omoniya”nın baş məşqçisi Henninq Berq: “Qarabağ” səviyyəmizə yaxın kollektivdir

Bakı, 14 sentyabr, AZƏRTAC

Bizdən asılı olan hər şeyi etmək istəyirik. Qrupumuzda məğlubedilməz komanda yoxdur. Eyni zamanda, hər birinə uduzmaq da mümkündür.

AZƏRTAC xəbər verir ki, bunu Ağdamın “Qarabağ” klubunun UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Kiprin “Omoniya” komandasının baş məşqçisi Henninq Berq mətbuata açıqlamasında deyib.

Norveçli mütəxəssis bildirib ki, “Bazel” (İsveçrə) yüksək səviyyəli komandadır. “Qarabağ” səviyyəmizə yaxın kollektivdir. “Kayrat”ın (Qazaxıstan) hansı vəziyyətdə olduğuna isə baxmaq lazımdır.

Qeyd edək ki, “Omoniya” sentyabrın 16-da “Kayrat”ın qonağı olacaq. Ağdam təmsilçisi isə Bakıda “Bazel”i qəbul edəcək. “Qarabağ” sentyabrın 30-da Kipr təmsilçisinin qonağı olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.