ELM VƏ TƏHSİL


“Ön Asiyanın mixi yazı sistemləri və relikt dilləri” adlı monoqrafiya nəşr olunub

Bakı, 28 iyun, AZƏRTAC

AMEA A.Bakıxanov adına Tarix İnstitutunun Qədim tarix şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Allahverdi Əlimirzəyevin “Ön Asiyanın mixi yazı sistemləri və relikt dilləri” adlı monoqrafiyası nəşr olunub.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, kitabın elmi redaktoru tarix üzrə fəlsəfə doktoru Rauf Məlikovdur. Kitab Yaxın və Orta Şərqdə mövcud olmuş primitiv informasiya ötürücülərinin təkamülü nəticəsində meydana gələn qədim yazı sistemlərinə həsr edilib. Əsərdə 3000 il ərzində mixi işarələrlə gil kitabələrə əks olunmuş şumer, akkad, elam, hurri, biayni kimi relikt dillər haqqında məlumat verilib. Bəşəriyyətin və tariximizin ilk yazılı dövrü bu dillərdə tərtib edilmiş mənbələrdə əks olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.