ELM VƏ TƏHSİL


“Ön Ofis/Satış Təmsilçisi” təliminə müraciətlər qəbul olunur

Bakı, 26 oktyabr, AZƏRTAC

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək “Ön Ofis/Satış Təmsilçisi” təliminə müraciətlər qəbul olunur.

Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, təlimdə iştirak üçün elektron ərizə qəbulu oktyabrın 31-də yekunlaşacaq. Təlimlərə orta ixtisas və ya ali təhsil alan tələbələr, həmçinin məzunlar müraciət edə bilərlər. Seçim üçün Azərbaycan dilində səlis danışıq, ən azı bir əlavə dil biliyi (rus və ya ingilis dili), kompüter və ofis proqramlarından istifadə bacarıqları əsas meyarlar hesab olunur.

“Ön Ofis/Satış Təmsilçisi” təliminə seçilmiş iştirakçılar iki ay yarım müddətində müvafiq iş prinsipləri, müştəri xidmətləri və məmnuniyyəti, satış və ünsiyyət bacarıqları, satış işinin qurulması, müştərilərin istəklərinə uyğun satış işinin təşkili, düzgün yönləndirmə, münaqişələrin həlli, stresə davamlılıq kimi çoxşaxəli istiqamətlərdə bilik və bacarıqlara yiyələnəcəklər. Təlimlər müştəri xidmətləri və satış sahəsində təcrübəli mütəxəssis tərəfindən keçiriləcək.

Təlimlərin nəzəri hissəsi hibrid formatda (həm onlayn, həm də ənənəvi) Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nəzdində, praktiki hissəsi isə “Azerconnect” MMC-nin, həmçinin digər əməkdaşlıq edilən müəssisələrin müvafiq şöbələrində təşkil olunacaq. Təlimləri uğurla bitirən şəxslərə sertifikat təqdim ediləcək.

Xatırladaq ki, təlimlər Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə “Azerconnect” MMC ilə əməkdaşlıq çərçivəsində təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.