ELM VƏ TƏHSİL


On altı mindən çox abituriyent ali məktəblərə III ixtisas qrupu üzrə qəbul imtahanı verir

Bakı, 6 iyul, AZƏRTAC

İyulun 6-da Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda təşkil olunan imtahan saat 10:00-da başlanıb.

İmtahanda 16 min 620 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 15 min 159 nəfər Azərbaycan, 1461 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 3950 nəfəri oğlan, 12670 nəfəri qızdır. 14 min 784 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 1580 nəfər əvvəlki illərin məzunudur. 32 nəfər ali təhsil müəssisələrinin, 224 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 51 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1963-cü ildən, ən gənci isə 2007-ci ildəndir.

İmtahan keçirilən şəhər və rayonlarda 70 imtahan binası, 1242 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 70 ümumi imtahan rəhbəri, 206 imtahan rəhbəri, 1556 nəzarətçi–müəllim, 202 buraxılış rejimi əməkdaşı, 70 bina nümayəndəsi cəlb edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.