İQTİSADİYYAT


On ay Azərbaycana idxal olunan avtomobillərin sayı 86 faiz artıb

Bakı, 15 noyabr, AZƏRTAC

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana ümumilikdə 8102 avtomobil idxal olunub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 3753 ədəd və ya 86,29 faiz artıb.

Ölkəyə gətirilən avtomobillərin 148-i sürücü daxil olmaqla 10 və ya daha çox sərnişinin daşınması üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələridir. Həmçinin 7098 avtomobil əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələridir. Bundan başqa, 795 avtomobil yük daşımaq üçün mühərrikli, 61-i isə xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.