On ayda 2349 xarici investisiyalı kommersiya qurumu dövlət qeydiyyatına alınıb
AzerTAg.az
Bakı, 11 dekabr, AZƏRTAC
Noyabrın 1-dək 13 min 536 xarici investisiyalı kommersiya qurumu qeydiyyata alınıb, onlardan 5,7 faizi isə ləğv edilib.
Vergilər Nazirliyinin Media və kommunikasiya idarəsindən AZƏRTAC-a bildirilib ki, hazırda qeydiyyatda olan 12 min 762 xarici investisiyalı kommersiya qurumundan 2708-i müştərək (Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri ilə birlikdə təsis edilmiş) hüquqi şəxslər, 2686-sı xarici şirkətlərin Azərbaycan Respublikasında yaradılmış filial və ya nümayəndəliyidir.
Cari ilin 10 ayında isə 2349 xarici investisiyalı kommersiya qurumu dövlət qeydiyyatına alınıb. Bu, 2018-ci ildə dövlət qeydiyyatına alınan kommersiya qurumlarının sayından 69,1 faiz çoxdur. Onların 40,8 faizi xidmət, 24,5 faizi ticarət, 11,2 faizi isə tikinti sektorunda fəaliyyət göstərir.

Xəbərin mətnində orfoqrafik səhv var