İQTİSADİYYAT


On ayda 617,2 milyon manat sığorta haqqı toplanıb

Bakı, 29 noyabr, AZƏRTAC

Yanvar-oktyabr ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 617,2 milyon manat məbləğində sığorta haqqı toplanıb, 205,9 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, könüllü sığorta bazarı üzrə haqlar 450,8 milyon manat, ödənişlər 149,7 milyon manat, icbari sığorta bazarı üzrə haqlar 166,4 milyon manat, ödənişlər isə 56,2 milyon manat olub.

Doqquz ay ərzində sektor üzrə məcmu sığorta haqlarının 73 faizi könüllü, 27 faizi isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 72,7 faizi könüllü, 27,3 faizi isə icbari sığorta növləri hesabına formalaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.