İQTİSADİYYAT


On ayda Bakı–Tbilisi–Ceyhan kəməri ilə 26,1 milyon ton neft daşınıb

Bakı, 20 noyabr, AZƏRTAC

Cari ildə Azərbaycandakı magistral neft kəmərləri ilə 32 milyon 424,7 min ton neft nəql olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, nəqletmənin 80,5 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və yanvar-oktyabr aylarında bu kəmərlə 26 milyon 106,7 min ton neft nəql edilib. Hesabat dövründə BTC ilə 3 milyon 793,2 min ton tranzit nefti də ötürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.